azman motosalonu | Haqqımızda

Haqqımızda

"AZMAN Co." şirkəti rəsmi qeydiyyatdan 2008-ci ilin iyun ayında keçmişdir. Lakin şirkətin aktiv fəaliyyətinə bir il sonra, 2009 cu ilin iyun ayından start verilmişdir. Qısa müddət ərzində şirkət Çinin bir neçə iri motosiklet və motosiklet aksessuarları istehsalçılarının rəsmi nümayəndəliyini əldə etmişdir. Artıq bu ilin sentyabr ayında şirkətin Badamdarda yerləşən satış salonu motosiklet həvəskarlarının istifadəsinə verilmişdir. Bu satış salonunda təqdim olunan bütün texnikaya zəmanət verilir ki, həmçinin salonun nəzdində texniki xidmət mərkəzi də fəaliyyət göstərir.

2009-cu ilin noyabr ayının ortalarında İtaliyanın Milan şəhərində keçirilən motosiklet sərgisində əldə olunmuş razılığa əsasən, "AZMAN Co." şirkəti Avropanın və Amerikanın bir neçə tanınmış motosiklet, geyim və aksessuar brendlərini Azərbaycan bazarında öz müştərilərinə təqdim edəcək.