azman motosalonu | "Harley Owners Group"-un üzvləri və onun dostları Qubaya yürüş ediblər (FOTO, VİDEO)
Sərgidə motosiklet və yük maşınların modelləşdirmə sintezinin rəsm əsərləri təqdim olundu.
8 noyabr tarixində Bakı bulvarında Amerika əfsanəsi sayılan “Harley Davidson” motobrendinin “750 Street 2015” modeli motosevənlərə təqdim olundu.
Bakıda "Motosikletçilər Günü" adlı tədbir keçirildi.
VMF şirkəti qalibləri qiymətli hədiyyələrlə mükafatlandırıb.

Şirkətin 110 illiyilə əlaqədar ilboyu tədbirlərimiz keçiriləcək

"Harley Owners Group"-un üzvləri və onun dostları Qubaya yürüş ediblər (FOTO, VİDEO)



Bu il Harley Owners Group® (H.O.G.) özünün 30-cu ildönümünü qeyd edir. H.O.G.-“Harley-Davidson”-un rəsmi sürücülük klubudur. H.O.G. üzv olmanın üstünlükləri, üzvlük seçimləri və tədbirlərin geniş çeşidini təklif edir. H.O.G.-un üzvü olan kişi və qadınları birləşdirən cəhət “biz hamımız sürməyi sevirik” düşüncəsidir. 

Qeyd etmək istəyirik ki, artıq bir neçə ildir ki, “Harley-Davidson”-un rəsmi dilerliyi Azərbaycanda da fəaliyyət göstərir. Bu ildən etibarən H.O.G.-un Avropa, Orta Şərq və Afrikada Direktoru Byorn Martin Soldberq Bakıya gəlişi ilə H.O.G.-un Bakıdakı rəsmi nümayəndəliyini açdı. Rəsmi H.O.G. Azərbaycanın Direktoru Cənab Vahid Mustafayev, Direktor Müavini Cənab Kris Dikson, səlahiyyətli üzvləri Cənab Orxan Musa, Cənab Məmməd Ələkbərov və başqalarıdır.

“Harley Owners Group”-un (H.O.G.) üzvləri və onun dostları bu gün Qubaya yürüş edib. “Harley-Davidson”-un Azərbaycanda rəsmi təmsilçisi olan “Azman Co” şirkətinin təşkil etdiyi yürüşün iştirakçıları Quba şəhərinin girəcəyində-Heydər Əliyev mərkəzinin qarşısında yerli İcra Hakimiyyətinin təşkil etdiyi xüsusi mərasimlə qarşılandılar. Heydər Əliyevin abidəsini ziyarət edən baykerlər onun adını daşıyan mərkəzdə Heydər Əliyevə aid eksponatlarla tanış oldular və Heydər Əliyevin abidəsinin qarşısına əklil qoydular. Bununla yanaşı yürüşün iştirakçıları Quba şəhərinin şimalında yerləşən və 1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə öldürülmüş azərbaycanlılar və yəhudilər basdırılan kütləvi məzarlığı ziyarət edərək əklil qoyublar.

Yürüşün iştirakçısı ANS Şirkətlər Qrupunun prezidenti və H.O.G. Azərbaycanın Direktoru Vahid Mustafayev tədbirin məqsədini açıqladı: “Azərbaycanda “Harley-Davidson”-un nümayəndəliyi olan “Azman Co” şirkətinə təşəkkürümü bildirmək istəyirəm ki, belə bir gözəl səyahəti hazırlayıblar. Bununla biz ümumiyyətlə azərbaycanlı olaraq bütün xaricilərə də Azərbaycanı yaxından tanış edirik və onlara onların Azərbaycan haqqında bilmədiyi həqiqətləri çatdırırıq. Bununla belə, dünyanı bir az da kiçiltmək istəyirik ki, hər bir dünya vətəndaşı Azərbaycan haqqında eşidəndə onun müsbət emosiyaları olsun”.