azman motosalonu | “Harley-Davidson Baku" “Açıq Qapı” günləri keçirdi (FOTO)
Sərgidə motosiklet və yük maşınların modelləşdirmə sintezinin rəsm əsərləri təqdim olundu.
8 noyabr tarixində Bakı bulvarında Amerika əfsanəsi sayılan “Harley Davidson” motobrendinin “750 Street 2015” modeli motosevənlərə təqdim olundu.
Bakıda "Motosikletçilər Günü" adlı tədbir keçirildi.
VMF şirkəti qalibləri qiymətli hədiyyələrlə mükafatlandırıb.

Şirkətin 110 illiyilə əlaqədar ilboyu tədbirlərimiz keçiriləcək

“Harley-Davidson Baku" “Açıq Qapı” günləri keçirdi (FOTO)



Bu gün məşhur “Harley-Davidson” motosikletlərinin Azərbaycandakı rəsmi nümayəndəsi olan “Azman Co” MMC öz salonunun qapılarını motosikl həvəskarlarına açdı. ANS PRESS-in verdiyi məlumata görə, əfsanəvi brend “Harley-Davidson” bu il 110 illiyini qeyd edir. Bununla əlaqədar dünyada yerli və beynəlxalq tədbirlər keçiriləcək. 

“Harley-Davidson”un 110 illiyini qeyd etməyə start verən onun Azərbaycandakı rəsmi dileri “Azman Co” şirkəti “Harley-Davidson”un 110 illiyini qeyd etməyə davam edəcək.

“Açıq Qapı” günləri tədbiri zamanı bütün qonaqlar tədbirin yaratdığı mükəmməl atmosferin hiss etmək, köhnə və yeni dostlarla görüşmək, əfsanəvi brendin yeni modelleri ilə tanış olmaq, onları testdən keçirmək və “Əfsanənin bir hissəsinin sahibi ol” kimi xüsusi təkliflərlər əldə etmək şansı qazandı. Bununla yanaşı, qonaqlar İtaliyanın Roma şəhərində “Harley-Davidson”un 110 illiyilə əlaqədar keçiriləcək möhtəşəm tədbirdə iştirak etmək şansı qazana biləcəklər.

“Harley-Davidson”un 110 illiyilə əlaqədar ilboyu tədbirlərimiz keçiriləcək. Motohəvəskarlarına yeni-yeni modellər və güzəştli qiymətlər təklif edirik. Ümumiyyətlə qapılarımız motohəvəskarları olan gənclərin üzünə həmişə açıqdır. Gəlib bizdə kurslar keçə, motosikl sürməyi öyrənə bilərlər”, - deyə “Azman Co” şirkətinin satış üzrə meneceri İlham Məmmədov bildirib.

“Harley-Davidson”un zəngin irsi 110-cu ildönümün 2013-cü il modellərinin xüsusi buraxılışı ilə qeyd edilir. Bu motosikllar bürünc dizayn detalları, yüksək keyfiyyətli rəngli işləmələri, hər cür əlverişli seçimləri ilə xarakterizə olunur. Hər bir model onun duruşunu əks etdirən saylı lövhəciklərlə xarakterizə olunacaq. 

3

2

1