azman motosalonu | HOG nümayəndələrinin Azərbaycanda birinci toplantısı
Bu ilin aprel 12-də Harley-Davidson-un Azərbaycandakı rəsmi dileri olan Azman Co Şirkəti HOG nümayəndələrinin Azərbaycanda birinci toplantısını və moto yürüşünü təşkil etdi
Aprelin 14-də Harley-Davidson-un Azərbaycandakı rəsmi dileri olan Azman Co Şirkətinin salonunda “Harley-Davidson” uşaq paltarları və aksessuarlarının yaz-yay kolleksiyasının fotosessiyasını təşkil etdik.
Əfsanəvi Harley-Davidson markasının nümayəndələri Azərbaycan bazarını öyrənmək üçün Bakı şəhərinə 3 günlük işgüzar səfər etmişdirlər.
Təlimlər Müştərinin seçimindən asılı olaraq,hər dərs 1 saat, həftə ərzində 3 dəfə keçirilməklə 1 ay davam edir.Təlimlər 4 nəfərdən ibarət qruplarda aparılır.Qrup üçün bir nəfərin aylıq ödənişi 100 manat
Motosiklet dünyasının ən maraqlı hadisələrindən sayılan EİCMA-2009 sərgisi İtaliyanın Milan şəhərində artıq başa çatdı. ”azman”-ın bu sərgidən çəkdiyi fotoşəkillərlə siz saytın “fotosərgi” bölməsində tanış ola bilərsiz. 10-Noyabrdan 15 Noyabra qədər davam
Motul şirkətinin rəsmi təmsilçisi ilə əldə olunmuş razılığa əsasən, şirkət öz texniki servis mərkəzlərində ,həmçinin bu məşhur fransız yağlarından da istifadə edəcək.

HOG nümayəndələrinin Azərbaycanda birinci toplantısı

Bu ilin aprel 12-də Harley-Davidson-un Azərbaycandakı rəsmi dileri olan Azman Co Şirkəti HOG nümayəndələrinin Azərbaycanda birinci toplantısını və moto yürüşünü təşkil etdi. Tədbirdə Harley-Davidson motosikletinin yerli sahibləri ilə birgə Rusiyadan dəvət olunmuş bayker qonaqlar da iştirak etdi. Motoyürüşə Bakıdakı Harley-Davidson sərgi zalının qarşısında start verildi və yürüş şəhərimizin küçələrində baykerləri salamlayan avtomobil sürücülərinin fərəhli baxışlarının müşayiətilə bir neçə saata yaxın davam etdi. Motoyürüş dəniz sahilində baykerlərin səmimi mühitində şam yeməyi ilə başa çatdı.

Xatırladırıq ki, tədbir Harley-Davidson Baku-nun bu motosezonda “Açıq qapı günləri”-indən sonra ilk tədbiri olsa da, sonuncu tədbiri deyil. Xəbər lentimizi izləyin!