azman motosalonu | Ən keyfiyyətli parçalardan mükəmməl HARLEY-DAVIDSON uşaq paltarları
Bu ilin aprel 12-də Harley-Davidson-un Azərbaycandakı rəsmi dileri olan Azman Co Şirkəti HOG nümayəndələrinin Azərbaycanda birinci toplantısını və moto yürüşünü təşkil etdi
Aprelin 14-də Harley-Davidson-un Azərbaycandakı rəsmi dileri olan Azman Co Şirkətinin salonunda “Harley-Davidson” uşaq paltarları və aksessuarlarının yaz-yay kolleksiyasının fotosessiyasını təşkil etdik.
Əfsanəvi Harley-Davidson markasının nümayəndələri Azərbaycan bazarını öyrənmək üçün Bakı şəhərinə 3 günlük işgüzar səfər etmişdirlər.
Təlimlər Müştərinin seçimindən asılı olaraq,hər dərs 1 saat, həftə ərzində 3 dəfə keçirilməklə 1 ay davam edir.Təlimlər 4 nəfərdən ibarət qruplarda aparılır.Qrup üçün bir nəfərin aylıq ödənişi 100 manat
Motosiklet dünyasının ən maraqlı hadisələrindən sayılan EİCMA-2009 sərgisi İtaliyanın Milan şəhərində artıq başa çatdı. ”azman”-ın bu sərgidən çəkdiyi fotoşəkillərlə siz saytın “fotosərgi” bölməsində tanış ola bilərsiz. 10-Noyabrdan 15 Noyabra qədər davam
Motul şirkətinin rəsmi təmsilçisi ilə əldə olunmuş razılığa əsasən, şirkət öz texniki servis mərkəzlərində ,həmçinin bu məşhur fransız yağlarından da istifadə edəcək.

Ən keyfiyyətli parçalardan mükəmməl HARLEY-DAVIDSON uşaq paltarları

Aprelin 14-də Harley-Davidson-un Azərbaycandakı rəsmi dileri olan Azman Co Şirkətinin salonunda “Harley-Davidson” uşaq paltarları və aksessuarlarının yaz-yay kolleksiyasının fotosessiyasını təşkil etdik.

Yaş qrupundan asılı olmayaraq, istənilən uşaq idman üslubunda paltarları sevir və əlbəttə ki, “Harley-Davidson”-dan futbolka və gödəkcəyə sahib olmağı çox istəyər.

Valideynlər uşaqlarını nəyə görə “Harley-Davidson”-dan geyindirməlidirlər?

Valideynlərin əksəriyyəti uşaqları üçün, təbii ki, ən unikal və ən zərif olanını seçmək istəyirlər. Təklif olunan kolleksiya ilk öncə öz rəng çalarlarına görə bölünmüşdü. Kolleksiyanın qızlara aid hissəsində çəhrayı rəngli gödəkcə, mayka və bir çox digər aksessuarlar təqdim olunmuşdu ki, bu, körpə qızlarımıza qadın cinsinə məxsus zəriflik verir. Oğlanlar üçün nəzərdə tutulan kolleksiyası isə qara-boz-narıncı çalarlı retro stili ilə xarakterizə olunur.

Analar uşaqları üçün paltar alarkən, parçanın keyfiyyətinə daha çox fikir verirlər. Axı uşaqların daimi hərəkətdə olması, onların aktiv həyat tərzi ilə əlaqədar paltarlar daha çox aşınmaya məruz qalır və tez cırılır. Möhkəm və suyadavamlı olan “Harley-Davidson” parçaları ilə anaların getməyən ləkələrlə mübarizəsinə son qoyulacaq. Parçalar yüksək keyfiyyətli materiallardan hazırlandığına görə uşaqların dərisi üçün heç bir allergiya və ya səpmə təhlükəsi yoxdur.

Uşaqlarınıza “Harley-Davidson”-dan paltar almaqla, siz onlara ən xoş hədiyyə etmiş olacaqsınız. Əmin ola bilərsiniz ki, uşaqlarınız bunu yüksək qiymətləndirəcəklər.

Harley-Davidson paltar və aksessualarlarından başqa balaca modellərimiz İsveçrənin “Flik Flək” firmasının qol saatlarını da təqdim etdilər. “Flik Flək” yeganə uşaq saatıdır ki, onu paltaryuyan maşında 40°C-də yumaq olar, o suya və zərbəyə tam davamlıdır. Qeyd edək ki, Flik Flək saatlarının Azərbaycandakı rəsmi nümayəndəsi VMF Şirkətidir.

Fotosessiyamız şən, səs-küylü, sərbəst uşaq atmosferində keçdi. Çəkilişdə iştirak edən bütün uşaqlar və onların valideynlərinə öz təşəkkürümüzü bildiririk!

Yeni nəsil “Harley-Davidson”-u seçir!