azman motosalonu | Bakını fəth edəcək “750 Street 2015” modeli təqdim olundu
Sərgidə motosiklet və yük maşınların modelləşdirmə sintezinin rəsm əsərləri təqdim olundu.
8 noyabr tarixində Bakı bulvarında Amerika əfsanəsi sayılan “Harley Davidson” motobrendinin “750 Street 2015” modeli motosevənlərə təqdim olundu.
Bakıda "Motosikletçilər Günü" adlı tədbir keçirildi.
VMF şirkəti qalibləri qiymətli hədiyyələrlə mükafatlandırıb.

Şirkətin 110 illiyilə əlaqədar ilboyu tədbirlərimiz keçiriləcək

Bakını fəth edəcək “750 Street 2015” modeli təqdim olundu



Tədbir Azərbaycan Bayraq Gününün təbriki və dövlət himninin səslənməsi ilə açıq elan olundu. 
 
Daha sonra “Harley-Davidson” motobrendinin ölkəmizdəki rəsmi dileri olan “Azman Co” Şirkətinin baş direktoru Vüqar Nemətzadə çıxış edərək “Harley Devidson”un əsas məqsədinin birlik, azadlıq ruhunu əks etdirmək və daimi olaraq bu həyat tərzini seçənləri əhatəsinə toplamaq olduğunu bildirib, yeni “750 Street 2015” modelini bütün motosevərlərin gurultulu alqışları ilə təqdim etdi.
 
“Həqiqətən də bu motonu əldə etməyə dəyər. Münasib qiymət, sadə tərz və maksimum təsir bağışlayan “750 Street 2015” nəinki moto həvəskarlarının, hətta heç moto almaq haqqında düşünməyənlərin belə diqqətini cəlb etmək iqtidarındadır”, deyən bayker Kənan Fərzəliyev Bakı tıxaclarında ikitəkər idarə etmənin üstünlüklərindən də bəhs etdi. 
 
Tədbirin sonunda ən yaxşı motoya sahib və geyimi ilə diqqəti çəkən 3 baykerə hədiyyələr təqdim olundu. Son olaraq “Harley Devidson Baku” facebook səhifəsini bəyənərək tədbirdən ən maraqlı şəkil çəkib paylaşacaq iştirakçılara da “Harley Devidson” brendindən hədiyyələrin veriləcəyi vəd edildi.

https://www.facebook.com/HarleyDavidsonBaku?fref=ts