azman motosalonu | EİCMA-2009
Bu ilin aprel 12-də Harley-Davidson-un Azərbaycandakı rəsmi dileri olan Azman Co Şirkəti HOG nümayəndələrinin Azərbaycanda birinci toplantısını və moto yürüşünü təşkil etdi
Aprelin 14-də Harley-Davidson-un Azərbaycandakı rəsmi dileri olan Azman Co Şirkətinin salonunda “Harley-Davidson” uşaq paltarları və aksessuarlarının yaz-yay kolleksiyasının fotosessiyasını təşkil etdik.
Əfsanəvi Harley-Davidson markasının nümayəndələri Azərbaycan bazarını öyrənmək üçün Bakı şəhərinə 3 günlük işgüzar səfər etmişdirlər.
Təlimlər Müştərinin seçimindən asılı olaraq,hər dərs 1 saat, həftə ərzində 3 dəfə keçirilməklə 1 ay davam edir.Təlimlər 4 nəfərdən ibarət qruplarda aparılır.Qrup üçün bir nəfərin aylıq ödənişi 100 manat
Motosiklet dünyasının ən maraqlı hadisələrindən sayılan EİCMA-2009 sərgisi İtaliyanın Milan şəhərində artıq başa çatdı. ”azman”-ın bu sərgidən çəkdiyi fotoşəkillərlə siz saytın “fotosərgi” bölməsində tanış ola bilərsiz. 10-Noyabrdan 15 Noyabra qədər davam
Motul şirkətinin rəsmi təmsilçisi ilə əldə olunmuş razılığa əsasən, şirkət öz texniki servis mərkəzlərində ,həmçinin bu məşhur fransız yağlarından da istifadə edəcək.

EİCMA-2009

Motosiklet dünyasının ən maraqlı hadisələrindən sayılan EİCMA-2009 sərgisi İtaliyanın Milan şəhərində artıq başa çatdı. ”azman”-ın bu sərgidən çəkdiyi fotoşəkillərlə siz saytın “fotosərgi” bölməsində tanış ola bilərsiz. 10-Noyabrdan 15 Noyabra qədər davam edən bu sərgidə mototexnika dünyasının bir çox nümayəndələri öz məhsullarını və ən son nailiyyətlərini  nümayiş etdirirdilər. Lakin iştirak etməyən nəhəglərdə var idi ki, bunların sırasına Honda və Yamaha-nı aid etmək. Yəqinki  dünyanı bürümüş iqtisadi böhran onlardan da yan keçməyib. Bununla belə sərgidə Çin istehsalçıları bütün varlıqları ilə təmsil olunurdular.Təbii ki, bir çox İtalyan istehsalçıları, xüsusilə də qocaman İtalyan moto-istehsalçılarından sayıla bilən MotoGuzzi və MotoMorini maraqlı yeniliklər ilə öz stendlərinin ətrafına çoxlu sayda insan yığmışdır.Seriyalı motosikletlərin ən bahalılarında sayılan Benelli markasında bir çox yeniliklər gözə çarpırdı. Belə ki, Benelli markası bir neçə ildir ki, Çinli mütəxəssislər tərəfindən idarə olunur.

Qeyri ordinar dizaynı ilə seçilən Kawasaki stendi də çoxlu insan tərəfindən zəbt olunmuşdur.

Eyni zamanda açıq havada sürücülük vəsiqəsi olan istənilən sərgi iştirakçısı xüsusi ayrılmış yerdə Suzuki və Kawasaki motosikleklərinin ən son modellərini test etmək imkanı əldə

etmişdir. Böhranla və ya digər hər hansı səbəbdən sərgidə iştirak etməyən nəhəng şirkətlərdən fərqli olaraq, orada olduğumuz 3 gün ərzində sərgiyə böyük insan axını müşahidə olunurdu. Təbii ki, sərgidə Moto-texnika dünyasında bəzən dəbi diktə edən İtaliyan şirkətləri üstünlük təşkil edirdilər.