azman motosalonu | HAOJUE

HAOJUE

JIANGMEN DACHANGJIANG GROUP CO., LTD motosiklet və müvafiq ehtiyyat hissələri istehsal edən geniş miqyaslı çin və xarici investisiyalı birgə müəssisədir. Qrup, daxilində motosiklet mühərrikləri, motosiklet ehtiyyat hissələri və hazır motosiklet istehsal edən şirkətləri birləşdirir. Grupa daxil olan şirkətlərin illik istehsal həcmi ildə 3 million motosikletdən çoxdur. DACHANGJIANG GROUP  Çinin ən böyük motosiklet istehsalçilarından biridir.

Şirkət 1992-ci ilin Yanvar ayında Suzuki Motor Corporation -nin Çində ən böyük tərəfdaşı və ixrac bazası kimi təsis edilmişdir.  Beynəlxalq standartlara uyğun istehsal edilən Haojue and Suzuki motosikletləri, öz keyfiyyətinə görə bir çox ölkələrdə yaxşı tanınır. İstehsal olunan motosikletlər Yaponiya da daxil olamaqla, 70-dən çox ölkəyə ixrac olunur.

Şirkət 1997-ci ildə TüV Rheinland Group tərəfindən ISO9000 ilə sertifikatlaşdırılmışdır. Haojue markası bir neçə il ardıcıl “China Top Brand” sertifikatına layiq görülmüşdür.

Şirkət, 2002-ci ilin Sentyabr ayında Suzuki Motor Corporation-la birgə Suzuki Motor R&D China Co., Ltd və 2007-ci ilin Noyabrinda 880,000m2 sahəni əhatə edən Haojue Suzuki Motorcycle (Changzhou) Co., Ltd.,şirkətlərini yaratmışdılar.